Ötən il Naxçıvanda 63,35 km avtomobil yolu təmir olunub - Bəhruz Əsgərov

Ötən il ərzində Naxçıvanda 63,35 km avtomobil yolu əsaslı şəkildə təmir olunub.
Avtosfer.az xəbər verir ki, bunu “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov deyib.
O bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən ötən ildə “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin, Culfa şəhərdaxili, Darıdağ Arsenli Su Müalicə Mərkəzinin və Naxçıvan şəhəri, 6-cı küçənin avtomobil yolları əsaslı təmir edilib.
Hazırda dövlət proqramı çərçivəsində Naxçıvan şəhəri Əliabad qəsəbəsinin daxili, Şərur rayonunun Təzəkənd avtomobil yollarında işlər davam etdirilir.
İdarə Heyətinin sədri onu da qeyd edib ki, agentlik bu il Naxçıvan şəhərinin bir neçə küçəsində və muxtar respublikanın digər rayonlarında avtomobil yollarının təmir işlərini həyata keçirəcək.
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












