Oyuncaq tapança ilə basqına gedən gənclər hakim qarşısında

Bakıda mağazaya oyuncaq tapança ilə basqın edən dəstə hakim qarşısına çıxarılıb. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Fərid Hüseynzadə, 1993-cü il təvəllüdlü Fərid Hacıyev və 1992-ci il təəvllüdlü Orxan Məmmədlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2018-ci il, aprelin 23-də rayon ərazisindəki mağazaların birinə basqın edilib.
Basqın edən şəxslər satıcını bıçaq və oyuncaq tapança ilə hədələyərək quldurluq yolu ilə kassadakı 230 manat pulu aparıblar.
Keçirilən əməliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən üç nəfər saxlanılıb.
Hər üç şəxs Cianyət Məcəlləsinin 181.2.1-ci (quldurluq: qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (quldurluq: silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham edilirlər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












