Özünə qəsd edən məktəblinin rəfiqəsi hadisənin səbəbləri barədə danışdı

İntihar edəndən 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın rəfiqəsi sosial şəbəkələrdə paylaşımı ilə diqqət çəkib. Avtosfer.az "buta.media"ya istinadən xəbər verir ki, O, dünyasını dəyişən rəfiqəsi ilə şəkil paylaşaraq, bildirib ki, o da intihar edə bilər: “Bu gün mənim çox sevdiyim ən yaxın rəfiqəm dünyasını dəyişib. Biz onunla uzun müddətdir ki, dostluq edirdik, o, mənim üçün dostdan daha artıq idi… Biz onun anası ilə çox yaxşı münasibətimiz var idi. Onun anasını intiharda suçlayan axmaqlar gəbərsinlər. Günahkar məktəbdir. Mən dəfələrlə direktor müavinin yanına gedərək, kömək istəyirdim, çünki Elina mənə şikayət edirdi ki, onu döyürlər. Lakin direktor və müavini cavab verdilər ki, sizin uşaq problemləriniz bizim üçün maraqlı deyil. Baxmayaraq ki, Elina xəbərdarlıq edir ki, o ölmək istəyir”.
Rəfiqəsinin sözlərinə görə, o inana bilmir ki, Elina dünyasını dəyişib: “Hətta mənə xəstəxanada deyəndə ki, o ölüb, mən inana bilmirdim”.
E.Hacıyevanın yaxını bildirib ki, bir daha həmin məktəbə getsə, özünə qəsd edəcək: “Elinanın sinif rəhbəri də ona təzyiq edib… Mənim sevgilim, sən mənim üçün əbədi yaşayacaqsan. Mənim ən yaxın rəfiqəm olasan, mənim bacım, mənim həyatım…”
Qeyd edək ki, aprelin 4-də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü ataraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət almış şəxs müalicə olunmaq üçün 1 saylı Şəhər Klinik Xəstaxanasına yerləşdirilmişdir. Aparılan müalicə tədbirlərinə baxmayaraq, o, aprelin 6-da xəstaxanada vəfat edib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












