Pakistan və Əfqanıstanda sel və daşqınlar: 20 ölü

Pakistan və Əfqanıstanda sel və daşqınlar nəticəsində 20 nəfər ölüb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Pakistanın cənubundakı Belucistan əyalətində təbii fəlakət nəticəsində 13 nəfər həlak olub, onlarla sakin itkin düşüb. Bundan başqa yüzlərlə ev dağılıb. Belucistan əyalətinin təbii fəlakətləri idarəetmə mərkəzinin rəisi İmran Zarkon bildirib ki, şiddətli yağış və dağlıq ərazilərdə sulu qar yağması nəticəsində əyalətin 9 rayonu su altında qalıb. Onun sözlərinə görə, yollar və körpülər dağılıb, insanları təxliyə etmək üçün hava nəqliyyatından istifadə olunur. Son 3 saat ərzində müxtəlif rayonlarda 1500 ailə Pakistan ordusunun əsgərləri tərəfindən təxliyə edilib, daha 3500 ailəyə isə yardım göstərilib.
Əfqanıstanda isə sel və daşqınlar Qəndəhar əyalətində 7 nəfərin həyatına son qoyub. Burada da itkin düşənlərin olduğu, yüzlərlə evi su basdığı bildirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












