Pakistan vətəndaşının çantasından narkotik maddə tapılıb - FOTO

Azərbaycan gömrükçüləri xeyli miqdarda narkotik vasitə və psixotrop maddənin gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә ölkә әrazisinә gәtirilmәsinә cәhdin qarşısını alıblar. Bu barədə Avtosfer.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan daxil olan "Volvo" markalı, 69E20710 dövlət nömrə nişanlı sərnişin avtobusuna baxış zamanı 3 ədəd kisə və 1 ədəd əl yükünün sahibi müəyyən olunmayıb.
İran vətəndaşı olan avtobus sürücüləri həmin yüklərin pakistanlı bir şəxsə məxsus olduğunu və onun yanındakı başqa bir nəfərlə İran gömrüyündə avtobusdan enərək piyada yolla Azərbaycana daxil olduğunu, hazırda isə Astara gömrük postunun çıxış qapısında avtobusu gözlədiklərini bildiriblər.
Sonra şəxsiyyəti müəyyənləşdirilən həmin şəxslər, Pakistann vətəndaşları Khan Noor Khan Jamal oğlu və Butt Amjad Javed Hussain Fazal oğlu Astara gömrük postunun avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə dəvət olunublar. Orada Khan Noor Khan Jamal oğlu sözügedən yüklərin ona məxsus olduğunu bildirib.
Daha sonra Khan Noor Khan Jamal oğlunun iştirakı ilə ona məxsus əl yüklərinə rentgen aparatında baxış keçirilib. Baxış zamanı 3 ədəd kisənin içərisində şübhəli cizgilər müşahidə edildiyindən həmin yüklər kinoloji xidmət itinin tətbiqi ilə təkrar yoxlanılıb. "Volter" ləqəbli xidməti it kisələrə reaksiya verdiyi üçün həmin yüklər bu dəfə əsaslı şəkildə yenidən yoxlanılıb.
Nəticədə, 3 ədəd kisədə olan 39 ədəd gödəkçənin astarının içərisində cəmi 106 ədəd bağlamada, qablaşdırılması ilə birlikdə ümumi çəkisi 3 kiloqram 260 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb. Bununla yanaşı, adıçəkilən Pakistan vətəndaşının əl çantasında isə üzərində "Alprazolam 0.5 mg" yazısı olan 43 ədəd dərman preparatı aşkar edilib.
Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin III Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır? - AÇIQLAMA
Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - WUF13
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə
D vitaminin qəbulu yol polisinin cihazında spirt kimi görsənir? - Həkim AÇIQLADI
Yüzlərlə yük avtomobili sərhəddə qaldı: “7 gündür yollardayıq” - VİDEO
Mayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir
Çexiya baş nazirinin Azərbaycana səfəri ölkəmizə nə qazandırdı? - POLİTOLOQ
Otuz avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək - Sərnişinlərin diqqətinə!
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
İlham Əliyev ailəsi ilə birlikdə İslam Səfərli küçəsinin açılışında - FOTOLAR
Feysbuk və İnstaqram uşaqları qorumamaqda təqsirləndirilir - RƏSMİ











