Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı

Pakistanda üç nəfər tərəfindən təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlı Diana Bağıyevanı təcavüzkarlara satan qadın saxlanılıb.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə Tribune.com məlumat verib.
Bir neçə gün əvvəl polis təcavüzdə şübhəli bilinən üç nəfəri saxlayaraq, cinayət zamanı istifadə edilən avtomobillərini müsadirə etmişdi. Zərərçəkmişin Lahora işlə bağlı gəldiyi bildirilir.
Saxlanılan Maskan adlı qadının vəkili iddia edir ki, onun insidentlə heç bir əlaqəsi yoxdur və sadəcə Diana Bağıyeva ilə dostluq edib. Eyni zamanda Maskan hakimin təklif etdiyi tibbi müayinədən keçməkdən də imtina edib.
Zərərçəkmişin ifadəsinə görə, o, axşam Maskanla kafedə görüşüb. Maskan daha sonra ona rəfiqəsi Nimranın onu evinə dəvət etdiyini deyib. İki qadın birlikdə Nimranın Bahriya şəhərindəki evinə gediblər. Ora gecə saat 2 radələrində iki kişi, ardınca daha iki kişi gəlib. Daha sonra Maskan və Nimra başqa bir otağa keçiblər, azərbaycanlı qadını isə kişilər otağa qapadıblar və gecə gec saatlara qədər təcavüz ediblər./oxu.az
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












