Parkda gənclərə qarşı quldurluq edən keçmiş polis məhkəmədə ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittiham üzrə Ş.Məmmədov özünü qismən təqsirli bildiyini deyib.
Daha sonra Ş.Məmmədov sərbəst ifadə verib. O qeyd edib ki, “Ukrayna” dairəsində yerləşən parkda olan zaman gənc oğlanla qızın oturacaqda yan-yana oturduğunu görüb: "Mən də onlara yaxınlaşıb, nə səbəbə görə bir yerdə oturduqlarını soruşdum. Oğlan mənə "sən kimsən" sualını verdi. Mən də polis əməkdaşı olduğumu bildirdim. Həmin şəxsə "qızın ailəsi bilirmi" sualını ünvanladım. O da "yox" cavabı verib, məni kənara çəkdi. Sonra həmin şəxs qızın ailəsinin bu barədə məlumatlarının olmadığını deyərək, "söhbət"i 100 manatla "həll etdik". Mən də çıxıb oradan getdim".
Sualları cavablandıran təqsirləndirilən şəxs söyləyib ki, hadisə zamanı üzərində boş qaz balonu olub: "Onu əvvəllər küçədən tapmışdım. Gənclərə yaxınlaşmaqda məqsədim asayişi qorumaq idi, onlardan pul almaq niyyətində olmamışam".
Ş.Məmmədov deyib ki, hadisədən bir ay sonra polis əməkdaşları tərəfindən saxlanılıb: "İstintaq dövründə həmin şəxsdən aldığım 100 manatı ailəm geri qaytarıb".
O, əvvəllər Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayında 7 il 6 ay çalışdığını vurğulayıb: "Sonra polisdən qovulmuşam".
Məhkəmədə ifadə verən zərərçəkmiş Ülvi Abdullazadə qeyd edib ki, parkda nişanlısı ilə gəzişərkən zaman Ş.Məmmədov ona yaxınlaşıb, polis əməkdaşı olduğunu bildirib. Ü.Abdullazadənin sözlərinə görə, Ş.Məmmədov daha sonra onu nişanlısının yanında döyüb, 100 manat pulunu alıb.
Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib.
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO
Qısamüddətli həllər qlobal mənzil problemini aradan qaldırmayacaq – CAR-lı turist - FOTO
Azərbaycan Orta Dəhlizdə əsas tranzit gücünə malik ölkəyə çevrilir - Ekspert RƏYİ
Yerli qonaqlar belə forumun təşkilatçılığına heyran qalıb – Mərcanə Rəsulova - FOTO
Azərbaycanda da şəhərsalma sahəsində yeni yanaşmalar tətbiq edilməlidir – AQİL ASLAN - FOTO
Bakıda keçirilən forum gələcək əməkdaşlıqlar üçün imkanlar yaradır – Barbara Holtman - FOTO










