Parklanma yerindəki XAOS: Sürücülər ora daxil ola bilmirlər - VİDEO

Paytaxtın bir çox ərazilərində olduğu kimi, Ağ Şəhərdə də elektrikli avtomobillərin şarj edilməsi üçün yer ayrılsa da, sürücülər oraya daxil olmaqda çətinlik çəkirlər.
Belə ki, sözügedən ərazidə quraşdırılan şarj cihazlarının ətrafı parklanma yeri kimi istifadə edildiyindən sürücülər avtomobillərini yolun hərəkət hissəsində saxlamaq məcburiyyətində qalırlar. Avtosfer.az xəbər verir ki, bu barədə “BakuTV” sürücüləri çətin vəziyyətə salan problemlə bağlı elektromobillər üçün nəzərdə tutulan enerjidoldurma cihazlarını bu əraziyə yerləşdirən "Azərişıq" ASC-yə müraciət ünvanlayıb.
Qurumun sözçüsü Vaqif Aydınoğlu bildirib ki, cihazların oraya qoyulması xəritə üzrə müəyyənləşib, yəni bir neçə qurumun qərarı ilə həmin yer cihazların qoyulması üçün təyin edilib.
Daha sonra ərazini parklanma yeri kimi müəyyən edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilsə də, adıçəkilən qurum məsələ ilə bağlı açıqlama verməyib.
Ətraflı videomaterialda:
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR












