Parkomatlardan qanunsuz yığılan milyonlar:PUL KİMLƏRİN CİBİNƏ AXIR?

"30 dəqiqə saxlamağa görə giriş haqqı olaraq əlavə vəsaitin tələb edilməsi məntiqsizlikdir”. Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda hava limanı, avtovağzal və dəmiryolu vağzalında girişə görə avtomobillərdən vəsait alınmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, yalnız uzun müddət üçün bu ərazilərdə parkomat edənlərlə bağlı ayrıca tarif tətbiq olunmalıdır: "Bir çox ölkələrdə 30 dəqiqə ərzində parklanma etmək ümumiyyətlə pulsuzdur. Yalnız yarım saat dayandıqda parklanma yerlərində ödəniş edilməsinə ehtiyac yaranır. Həmin ödənişlər də əslində bələdiyyələr tərəfindən toplanılır və yığılan gəlir də həmin ərazilərdəki abadlıq işlərinə sərf edilir. Hava limanı, avtovağzal, dəmiryolu vağzallarına da eyni qayda tətbiq olunur. Ona görə də həmin ərazilərdə yarım saata görə ödəniş alınması qeyri-qanunidir, normal deyil. Yalnız uzun müddət üçün bu ərazilərdə parkomat edənlərlə bağlı ayrıca tarif tətbiq olunmalıdır. Ən azından yarım saatlıq koridorun qəbul edilməsilə bağlı qərar verilməlidir”.
Ekspert sözügedən ərazilərdə yığılan həmin vəsaitlərin hesabatlılığı məsələsində şəffaflığın olmadığını da diqqətə çatdırdı: "Azərbaycanda həmin vəsaitlərin kimlər tərəfindən, necə toplanması və onun hesabatlılığı haqqında doğru-dürüst məlumat almaq çətindir. Əvvələr parkomatlardan pul yığılması ilə BŞİH məşğul idi, sonra bu iş Başı Şəhər Nəqliyayt Departamentinə həvalə olundu. Amma hesabatlılıq məsələsində yenə də problem qalmaqdadır. Bu prosesdə nə qədər vəsaitin yığıldığı və hara xərcləndiyi barədə şəffaflıq təmin edilməlidir. Təəssüf ki, bu da yoxdur”.
Qeyd edək ki, bu gün Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa Azərbaycanda dayanacaqlardan yığılan vəsaitlərin böyük hissəsinin büdcəyə daxil olmamasından şikayətlənib. O həmçinin deyib ki, Azərbaycanda hava limanında, avtovağzalda giriş üçün vəsait ödənilir: "Vətəndaş hava limanına, avtovağzala taksi ilə gəlməlidir. Qısa müddətdə vətəndaş kimisə yola salırsa, yaxud harasa gedirsə, vəsait alınması düzgün deyil”.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










