Paşinyan Azərbaycanla sərhəddə qışqırıb bu sözləri dedi

Tavuşda Azərbaycanla sərhəddə yerləşən kəndlərin – Kirants, Əskipara, Bağanis, Voskevan, Koti – sakinlərinin əksəriyyəti 7 iyun seçkilərində hakim Vətəndaş Müqaviləsi Partiyasına səs verib. Avtosfer.az "Globalinfo"ya istinadən xəbər verir ki, bunu erməni ekspert Voskan Sərkisyan deyib.
O bildirib ki, 19-20 iyun tarixlərində Tavuşa yağan güclü dolu üzüm bağlarını, tərəvəz sahələrini, taxıl tarlalarını, evlərin damlarını, tövlələri, anbarları, çoxlu sayda avtomobili məhv edib:
“Kəndlilər məhsulsuz qalıblar. Paşinyan və vəzifəli məmurlar yüksək maaşlarla yanaşı, dövlət büdcəsindən milyonlarla dram dəyərində bonuslar alırlar. O, seçkiqabağı kampaniya zamanı sərhəddə seçicilərə müraciət edərək “Sizi çox sevirəm” deyə qışqırıb. İndi Paşinyan doludan ciddi ziyan çəkən kəndlilərə milyardlarla dram kompensasiya və ya dövlət dəstəyi verməklə ən azı ona səs verənləri sevdiyini sübut edə bilər”.
Keçmiş deputat Naira Zöhrabyan da Paşinyanın Azərbaycanla sərhəd ərazilərdə çox səs almasına diqqət çəkib:
“Nikolun Sünikdə (Zəngəzurda – red.) nə qədər çox səs aldığını gördünüzmü?! Hansı ki, həmin sakinlər potensial münaqişə zonasına yer alırdılar”.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












