Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - DETALLAR

Azərbaycan və Ermənistan iş adamlarının ötən həftə keçirilən görüşü ilə bağlı müəyyən detallar ortaya çıxıb. Avtosfer.az xəbər verir ki, Ermənistan mediası görüşdə xüsusilə erməni məhsullarının Azərbaycan bazarına çıxarılması məsələsi üzərində dayanıldığını yazır. “Hraparak” nəşri iddia edir ki, Aqveranda keçirilən görüşdə müzakirə edilən əsas məsələ Rusiya bazarına çıxışda problemlərlə üzləşən Ermənistan məhsullarının Azərbaycan bazarına çıxışına şəraitin yaradılması olub. “Rusiya bazarındakı problemlərə görə Ermənistan məhsullarının satışında boşluq yaranıb. Bir sıra məhsulların ixracı dayanıb, yaxud həcmi azalıb. Gözləntilər var ki, Rusiya bazarı ilə bağlı problemlər daha da artacaq, xüsusilə Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti və Ukrayna prezidenti Vladimir Zelenskinin səfərindən sonra. Paşinyan Ermənistanın iş adamları üçün yeni imkanlar yaratmaq istəyir. O, bu məsələdə Prezident İlham Əliyevdən kömək istəyib. Azərbaycan Ermənistanın həm Rusiya ilə münasibətlərinin korlanmaması, həm də ixracda yaranmış problemlərin həllinə kömək edəcək. Təbii ki, Paşinyan da bunun qarşılığında Əliyevin istədiklərini verməlidir”, - nəşr iddia edib (Publika.az).
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












