Paşinyan Vensə qondarma "Artsax"la bağlı kitab verən “soyqırımı muzeyi”nin direktorunu işdən qovub

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, onun sərəncamı ilə qondarma “erməni soyqırımı muzeyi”nin direktoru Edita Qzoyan istefa verib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, o, bu gün bu barədə brifinqdə jurnalistin Qzoyanın ABŞ vitse-prezidentinə qondarma “Artsax” haqqında kitab hədiyyə etməsi və “Artsax” barədə danışması ilə bağlı suala cavabında deyib. “Bəli, istefa ərizəsi yazmasını xahiş etdim. Mən bunu hökumətin həyata keçirdiyi xarici siyasətə zidd hərəkət, bunu təxribatçı hərəkət hesab etdim və ərizənin yazılmasını xahiş etdim”, - Paşinyan qeyd edib.
Baş nazir vurğulayıb ki, Ermənistanda xarici siyasət hökumət tərəfindən aparılır:
“Baş nazir Qarabağ hərəkatının olmadığını bəyan edirsə, əcnəbi qonağa “Artsax məsələsi” ilə bağlı kitab vermək nə deməkdir? Bu ölkədə neçə nəfər xarici siyasət apara bilər? Ermənistanda xarici siyasət Ermənistan Respublikası hökuməti tərəfindən aparılır və hökumətin apardığı xarici siyasətə zidd bir şey söyləyən məmur işdən azad edilməlidir. Bu dövlətdir, yoxsa həvəskar fəaliyyət klubudur?”
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












