Payız-qış mövsümünə keçidlə əlaqədar daşıyıcılara müvafiq tapşırıqlar verilib - AYNA-dan AÇIQLAMA

Qış fəslinə hazırlıqla bağlı paytaxt rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun olaraq xüsusilə qarlı havalarla bağlı hazırlıq işləri aparılır. Qarlı hava şəraitində paytaxtın kommunal sahələri ilə yanaşı ictimai nəqliyyat vasitələrinin fəaliyyətində də problemlər qaçılmazdır.
Avtosfer.az-ın "AZƏRTAC"a istinadən məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, payız-qış mövsümünə keçidlə əlaqədar paytaxtda və bölgələrdə marşrutlar üzrə hərəkət edən avtobuslarda, eləcə də avtoparklarda zəruri tədbirlərin görülməsi barədə agentlik daşıyıcılara müvafiq tapşırıqlar verib.
“Tapşırığa əsasən, daşıyıcıların istismarında olan marşrutlar üzrə fəaliyyət göstərən avtobusların işlək vəziyyətdə saxlanılması və sərnişinlərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, sərnişindaşımada təhlükəsizliyin və fasiləsizliyin təmin edilməsi üçün müvafiq profilaktik tədbirlər həyata keçirilməlidir. Sürücülərin və texniki xidmət personalının qış mövsümündə avtomobillərin istismarına dair təlimatlandırılması, avtobuslara mövsümi texniki xidmətin göstərilməsi və dövrü texniki xidmət vaxtının təyin edilməsi, avtonəqliyyat vasitələrinin müvafiq maddi-texniki baza ilə təmin olunması, şinlərin mövsümə uyğun təchiz olunması, avtomobillərin istilik sistemləri ilə təmin edilməsi vacib şərtdir”, -deyə AYNA-dan bildirilib.
Qeyd edilib ki, sərnişindaşımada xidmət göstərən sürücülər mütəmadi olaraq sürüşmə ehtimalı olan enişli-yoxuşlu yollarda, buzlu döngələrdə, körpü və yol ötürücülərində daha diqqətli olmalı, hərəkət sürətinə nəzarət etməli, baş verə biləcək yol-nəqliyyat hadisələri ilə bağlı risklərin daha çox olmasını nəzərə alaraq, bu istiqamətdə tədbirlər görməlidirlər.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












