Paytaxt polisləri ilə növbəti təlim-məşq toplantisi keçirildi - FOTO

Şəxsi heyətin fiziki hazırlığının yüksəldilməsi, əlbəyaxa döyüş növlərinə daha yaxşı yiyələnmələri məqsədi ilə DİN İdman Cəmiyyətində fevralın 4-dən 8-dək Bakı Şəhər Baş Polis İdarəsinin və tabeli qurumların əməkdaşları ilə növbəti təlim-məşq toplantısı keçirilib. Toplantıda silahsız özünümüdafiə və əlbəyaxa döyüş növləri üzrə təlimlərin aparılmasının başlıca prinsipləri açıqlanıb, hər bir əməkdaşın müvafiq proqrama yiyələnməsinin əhəmiyyəti nəzərə çatdırılıb.
Sonra şəxsi heyətin həmin fənləri mənimsəmələrinin səviyyəsinin yoxlanılması məqsədilə təlimdə iştirak edən 51 əməkdaş öz bacarığını nümayiş etdirib. İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov polis orqanlarında çalışan əməkdaşlarla əlbəyaxa döyüş növləri üzrə təlim məşqləri aparılmasının vacibliyindən danışaraq qeyd edib ki, il ərzində davam edəcək təlim müddətində DİN İdman Cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması barədə belə tədbirləri davam etdirəcəklər. O bildirib ki, paytaxtımızla yanaşı bölgələrdə ərazi polis orqanlarının şəxsi heyəti ilə mütəmadi olaraq aparılan fiziki hazırlıq məşğələlərinin səmərəliyinin artırılması, əməkdaşların silahsız özünümüdafiə fəndlərinə daha yaxşı yiyələnmələri üçün müvafiq tapşırıqlar verilir.
Təlimin keçirilməsində DİN İdman Cəmiyyətinin əməkdaşları, polis kapitanı Aydın Həşimov və polis baş serjantı Hakim Hacıyev yaxından iştirak ediblər.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"











