Paytaxtda əhali ilə fəal görüşlər aylığına yekun vuruldu

Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi ilə bağlı tapşırığına uyğun olaraq yerlərdə sakinlərin arzu və istəklərinin, problemlərinin daha yaxından öyrənilib həllində yardımçı olunması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə bu il aprel ayının 24-dən əhali ilə fəal görüşlər aylığına start verilib. Aylıq çərçivəsində paytaxtın bütün rayonlarında sakinlərlə təsdiq olunmuş qrafikə uyğun “Açıq qapı” günləri keçirilib.
Sakinlərin mənzil-məişət, kommunal və digər problemlərinin bilavasitə yerlərdə öyrənilməsi və aradan qaldırılması, onların dövlət qurumları nümayəndələri ilə təmaslarını daha da yaxınlaşdırmaq məqsədilə keçirilən aylıq çərçivəsində təşkil olunan “Açıq qapı” tədbirləri hər bir rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin binalarında və ya qəsəbə mədəniyyət evlərində Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul nümayəndələri, yerli icra strukturlarının rəhbərləri ilə yanaşı rayondakı təsərrüfat xıdmətlərinin, o cümlədən elektrik, təbii qaz, su və kanalizasiya, istilik idarələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunub, görüşlərdə sakinləri ən çox narahat edən sual və problemlər dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.
Aylıq ərzində paytaxt rayonlarında keçirilən “Açıq qapı” tədbirlərində sakinlər tərəfindən daxil olmuş müraciətlərlə bağlı müvafiq tədbirlər görülüb, araşdirma aparlması və icrasi ilə bağlı tapşırıqlar verilib, aidiyyəti qurumlara müraciətlər göndərilmiş, tədbirlər planlarına əlavə edilib, həmçinin vətəndaşlara qaldırdıqları məsələ ilə bağlı müvafiq izahatlar verilib.
Daxıl olmuş hər bir müraciət nəzarətə götürülüb.
Fidan
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












