Paytaxtın yükü 4 dəfə artıb, amma kanalizasiya sistemi yenilənməyib - MEMAR

Son günlər yağan aramsız və intensiv yağışlar Bakıda və Abşeron rayonunda ciddi fəsadlara səbəb olub. Yarımadanın bir çox ərazilərində yağış suları yığılıb, həyətləri və küçələri su basıb. Bəzi yerlərdə avtomobillər suda qalıb, yollar keçilməz hala düşüb, nəqliyyatın hərəkəti demək olar ki, iflic olub. Bu vəziyyət gündəlik həyatın ritmini pozmaqla yanaşı, sakinlər üçün də çətinliklər yaradıb.
Avtosfer.az xəbər verir ki, baş verənlər paytaxtda mövcud kanalizasiya və drenaj sisteminin vəziyyəti ilə bağlı geniş müzakirələrə səbəb olub. Xüsusilə suyun bu qədər tez yığılması və vaxtında çəkilməməsi, sistemin mövcud yükə nə dərəcədə uyğun olub-olmaması sualını gündəmə gətirib.
Məsələ ilə bağlı memar Cahid Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, burda 40–50 il bundan əvvəl Sovet dövründə Bakının Baş planına uyğun qurulan kanalizasiya sistemi bu gün artan əhali səbəbilə normal fəaliyyət göstərmir.
“O dövrdə Bakı əhalisinin 1 milyon, ehtiyatla isə 1,5 milyon nəfər olması nəzərə alınaraq hesablamalar aparılmışdı və bu hesablamalar kifayət qədər dəqiq idi. Hətta güclü yağışlar zamanı belə ciddi fəsadlar yaranmırdı. Lakin aradan 30–50 il keçdikdən sonra vəziyyət tam dəyişib. Bakı şəhərinin əhalisi 3–4 milyona çatıb. Əvvəllər bir prospektdə bir neçə obyekt, məsələn, bir qastronom və ya iri mağaza olduğu halda, indi həmin prospektlərdə onlarla, hətta yüzlərlə müxtəlif obyekt, o cümlədən restoranlar, kafelər, şadlıq evləri və hündürmərtəbəli binalar fəaliyyət göstərir. Yəni şəhərin yükü ən azı 4 dəfə artıb, amma kanalizasiya sistemi eyni templə yenilənməyib. Bu səbəbdən ilin əvvəlindən etibarən memarlıq və şəhərsalma sahəsində sevindirici bir qərar qəbul edilib: Bakı şəhərinin kanalizasiya sisteminin fundamental şəkildə yenidən qurulmasına başlanılıb və bu məqsədlə vəsait ayrılıb. Layihənin 3–5 il ərzində mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd həm artan yükü nəzərə alaraq sistemin gücünü təxminən 4 dəfə artırmaq, həm də artıq istismar müddətini başa vurmuş köhnə infrastrukturu yeniləməkdir. Nəzərə alsaq ki, həmin sistem Sovet dövründə, müasir texnologiyaların olmadığı bir zamanda qurulmuşdu, onun bu günkü tələblərə cavab verməməsi təbiidir. Yeni qurulma işləri zamanı bütün bu amillər nəzərə alınacaq və gələcəkdə bu cür problemlərin qarşısının alınacağı gözlənilir”.
Nurcan Babək
Eyni yola iki başlanğıc nöqtə - Yol xəritələrində xaos
ChatGPT-dən istifadə edənlərə XƏBƏRDARLIQ: İşinizi itirə bilərsiniz
Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələrlə bağlı məlumat yaydı
Bu yollarda təmir-bərpa işləri başa çatdı
Paytaxtın bir sıra küçələrində sıxlıq müşahidə edilir - SİYAHI
Yollarda görünüş məhdudlaşacaq
Təcili yardım sürücülərinin qayda pozması ilə bağlı - TƏBİB-dən AÇIQLAMA - VİDEO
Nurgün Group dövlətə külli miqdarda borclandı - Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib?
Güclü yağış yağacaq, temperatur kəskin enəcək
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı - XƏBƏRDARLIQ
İmtahandan keçən taksi sürücülərin DİQQƏTİNƏ! - Sabahdan etibarən ...








