Pezeşkian böhrandan çıxış üçün üç mümkün ssenari təqdim etdi

İran Prezidenti Məsud Pazeşkian hüquq-mühafizə oraqanlarının yüksək rütbəli zabitləri ilə görüşündə bildirib ki, son hadisələrdən sonra Tehran döyüş meydanında əldə edilən nəticələri diplomatik danışıqlar yolu ilə möhkəmləndirməlidir. Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Pezeşkiana görə, İran hazırda üç mümkün ssenari ilə üzləşib; İranın hüquqlarını müdafiə etmək üçün ləyaqət və gücü qoruyub saxlayaraq danışıqlara başlamaq.
"Nə müharibə, nə də sülh" vəziyyətini qorumaq. Hərbi qarşıdurmanı davam etdirmək. "Milli maraqlara əsaslanan rasional və məntiqi seçim silahlı qüvvələrin döyüş meydanında əldə etdiyi hərbi qələbənin diplomatik sahədə tamamlanması və İran xalqının hüquqlarının ləyaqət və nüfuz mövqeyindən təmin edilməsidir", - deyə Pezeşkian bildirib.
Prezident əlavə edib ki, danışıqlara hazır olmaq güzəşt deyil, düşünülmüş bir strategiyadır. O, İmam Əlidən sitat gətirərək deyib: "Əgər düşmən sülh təklif edirsə, rədd edilməməli, lakin sülhə çatdıqdan sonra sadəlövh və ya özündənrazı olmamalıdır. İslam Respublikası bu prinsiplərə əsaslanaraq və düşmənə qarşı inamsızlığı qoruyaraq danışıqlara mümkün qədər ləyaqət, müdriklik və məqsədəuyğunluq baxımından baxır”.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












