Pezeşkian bu gün üzr istəyir, sabah İran yenə qonşularına dron hücumu edir - POLİTOLOQ

Regionda yaranan gərginlik fonunda İranın addımları ilə bağlı ziddiyyətli vəziyyətin yarandığı bildirilir. Bu barədə politoloq Elxan Şahinoğlu açıqlama verib.
Avtosfer.az xəbər verir ki, politoloqun sözlərinə görə, maraqlı məqam ondan ibarətdir ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Pezeşkianla telefon əlaqəsi saxlayaraq baş verən hadisələrlə bağlı başsağlığı verirlər və yeni seçilən dini lider münasibətilə təbriklərini çatdırırlar. Lakin qısa müddət sonra İran ərazisindən qonşu ölkələr istiqamətində yenidən dronların buraxıldığı barədə məlumatlar yayılır.

Politoloq hesab edir ki, İran prezidentinin qonşu ölkələrdən üzr istəməsi vəziyyəti tam aradan qaldırmır. Onun fikrincə, bu kimi hadisələr İran daxilində müəyyən qüvvələrin, xüsusilə də hərbi strukturların fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər.
Elxan Şahinoğlu bildirib ki, Azərbaycan və Türkiyə regionda müharibənin əleyhinədir və problemlərin danışıqlar yolu ilə həllini dəstəkləyir. Hər iki ölkə eyni zamanda İranın ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə bəyan edib.
Buna baxmayaraq, İran ərazisindən buraxıldığı iddia olunan dronlar həm Azərbaycanı, həm də Türkiyəni narahat edən amillərdən biridir. O qeyd edib ki, belə vəziyyətdə iki ölkə arasında siyasi və hərbi koordinasiyanın daha da gücləndirilməsinə ehtiyac yarana bilər.
Politoloq vurğulayıb ki, bu baxımdan Şuşa Bəyannaməsi iki ölkə arasında strateji əməkdaşlığın əsas sənədlərindən biri kimi mühüm rol oynayır və regional təhlükəsizlik məsələlərində koordinasiyanın gücləndirilməsi üçün hüquqi baza yaradır.
Eltac Zülfüqaroğlu
İlham Əliyevin Nikol Paşinyan ilə görüşü keçirilir - VİDEO
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO - VİDEO
İlham Əliyev Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirak edib - FOTO
Göy məscidlə bağlı yeni plan: Ermənistan nə etməyə çalışır? - AÇIQLAMA
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
İlham Əliyev Dublinə səfər edib - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO












