Pezeşkian Nyu-Yorka gedir - ABŞ-dən qəribə qadağa

İran Prezidenti Məsud Pezeşkianın 81-ci BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirak etmək üçün ABŞ-yə səfəri planlaşdırılır.
Avtosfer.az “Tasnim”ə istinadən xəbər verir ki, son anda dəyişiklik olmadığı təqdirdə Pezeşkianın ABŞ-yə səfəri gözlənilir.
Onun Baş Assambleyada İranın mövqeyi ilə bağlı çıxış edəcəyi və müxtəlif dünya liderləri ilə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.
ABŞ Dövlət Departamenti sentyabrın 17-də Pezeşkiana, xarici işlər naziri Abbas Əraqçi və digər yüksəkvəzifəli İran rəsmilərinə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün viza verildiyini açıqlayıb.
Dövlət Departamentinin bəyanatında bildirilib ki, ev sahibi ölkə öhdəliklərinə uyğun olaraq İranın əsas nümayəndə heyətinin BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirakına imkan yaradacaq.
Bununla yanaşı, nümayəndə heyəti səyahət məhdudiyyətlərinə məruz qalacaq. Həmçinin siyasətə uyğun olaraq lüks və digər malların alınmasına qadağa tətbiq ediləcək. Builki nümayəndə heyətinin ötən illə müqayisədə daha kiçik olduğu qeyd olunub.
Qeyd edək ki, ötən il İran rəsmiləri BMT missiyalarından nə qədər məsafədə hərəkət edə biləcəkləri ilə bağlı ciddi məhdudiyyətlərlə üzləşib və topdansatış mağazalarında alış-veriş etmələrinə qadağa qoyulub. (Qafqazinfo)
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












