Pikassonun əsəri 20 il sonra tapılıb

Oğurlanmış rəsm əsərlərinin məşhur ovçusu, hollandiyalı Artur Brand tanınmış rəssam Pablo Pikassonun 20 il əvvəl oğurlanmış rəsm əsərini tapıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə BBC məlumat verib.
İncəsənət dünyasında İndiana Cons adlandırılan A.Brand bildirib ki, bu portret 1999-cu ildə Səudiyyə Ərəbistanı şeyxinin yaxtasından oğurlandıqdan sonra Hollandiyanın cinayət dünyasında əldən-ələ keçib.
"Qadın sinəsi" (Dora Maar) əsəri 1938-ci ildə çəkilib və bu günümüzdə, təxminən, 25 milyon avro məbləğində qiymətləndirilir.
Dora Maar 7 il ərzində Pablo Pikassonun sevgilisi və ilham mənbəyi olub. Portret 1973-ci ildə rəssamın ölümünə qədər onun evində divardan asılı olub.
A.Brandın sözlərinə görə, Pikassonun rəsm əsəri narkotik və silah ticarəti ilə əlaqədar müxtəlif növ cinayət əməliyyatlarında girov olaraq istifadə edilib.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












