Pirotexniki vasitə turistin əlində partladı: iki barmağı kəsilib - VİDEO

Yeni il axşamı Bakıda pirotexniki vasitə əcnəbi turistə ciddi xəsarət yetirib. Avtosfer.az-ın məlumatına görə, pirotexniki vasitənin partlaması bir nəfəri iki barmağından edib. Hadisə 31 dekabr tarixində axşam saatlarında Bakıda baş verib. 34 yaşlı Türkmənistan vətəndaşı Yeni ili qeyd etmək üçün pirotexniki vasitəni yandırıb. Bu zaman həmin vasitə əlində partlayıb. Nəticədə həmin şəxsin sağ əlinin iki barmağı ciddi şəkildə zədələnib. Xəstəxanaya çatdırılan yaralını həkimlər dərhal əməliyyata götürüblər.
Əməliyyat zamanı zədələnən hər iki barmaq amputasiya edilib. Həkim-cərrah Rəşad Əkbərlinin sözlərinə görə, həmin şəxs pirotexniki vasitəni düzgün istifadə etmədiyi üçün bədbəxt hadisə baş verib.
Qeyd edək ki, bayramdan öncə Fövqəladə Hallar Nazirliyi pirotexniki vasitələrdən istifadə zamanı onun hər an həyati təhlükə yaradacağı haqda dəfələrlə xəbərdarlıqlar etmişdi.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










