Piyada keçidindən podium kimi istifadə edənlər - VİDEO

Bəzi piyadalar yolu keçərkən nəqliyyat hərəkətinin intensivliyini nəzərə almadan zolaqla hərəkətə başlayır ki, nəticə arzu olunmaz sonluqla bitir. Piyadalar əksəriyyəti bunu hərəkət üstünlüyünün onlarda olduğunu və istənilən zaman yolu keçə biləcəkləri ilə izah edirlər. Avtosfer.az bildirir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet yayımlanıb. Yol Hərəkəti Haqqında qanuna əsasən, piyada zolağında bütün avtonəqliyyat vasitələri piyadalara yol verməlidir. Lakin piyada da işıqfor, nizamlayıcı olmayan keçidlərdə hərəkətə başlayarkən avtomobillərin intensivliyini nəzərə almalıdır. Sürücülər bildirir ki, bəzi şəxslər var ki, bilərəkdən keçidi yavaş addımlarla keçirlər. Sürücülər də bəzən uyğun olmayan yerlərdə piyadalara yol verməklə qəza şəraiti yaradır. Belə səhvləri xüsusi ilə zolaq olmayan yerlərdə piyadalara yol verən sürücülər edirlər. Piyadaya yol verən sürücülər qəza işığını yandırmaqla bəzən qəzaya yol açmış olur. Belə ki, arxadan gələn sürücü qarşıdakı maşının nasaz olduğunu düşünüb ötmə əməliyyatı etməyə çalışır və piyada vurulması baş verir. Mütəxəssislərin sözlərinə görə, piyada qəzalarının əksəriyyəti piyadaların öz hüquqlarını bilməməsi səbəbindən baş verir. Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsinə əsasən, "piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra hərəkətə başlaya bilər.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










