Piyada keçidinin olmaması sakinlərin həyatını təhlükəyə atır - VİDEO

Piyada keçidinin olmaması qəsəbə sakinlərinin həyatını təhlükəyə atır. Sabunçu rayonu Kürdəxanı qəsəbəsindən danışacağıq. Qəsəbədən keçən əsas yolda nə piyada keçidi, nə də zolaq var. Sakinlər deyirlər ki, piyada keçdinin olmamasına görə yolda tez-tez ölümlə nəticələnən qəzalar baş verir. Avtomobillərin sürətlə şütüdüyü yolda bir dənə də olsa, piyada keçdi yoxdur.
Söhbət Kürdəxanı qəsəbəsinin Meyvə Tingliyi kimi tanınan ərazisindən gedir. Sakinlər deyirlər ki, ərazidə xeyli sayda sakin yaşayır, amma yolda nə piyada keçidi, nə də zolağı var.
Sakinlər deyirlər ki, gecə vaxtı yolu keçmək daha çətin olur. Məhz buna görə də axşam saatlarında piyadavurma halları daha çox olur.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirdilər ki, sözügedən əraziyə baxış keçiriləcək və piyadaların təhlükəsizlikləri ilə bağlı zəruri tədbirlər görüləcək.
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar












