Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO

Aeroport yolunda piyadaların qayda pozuntuları cəmiyyətdə narahatlıq yaradır. Maksimal sürət həddinin saatda 90 kilometr olduğu bu yolda bəzi vətəndaşlar piyada keçidlərindən istifadə etmədən yolu keçməyə çalışırlar və bu da qəzalara səbəb olur. Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir. Bir neçə gün əvvəl sözügedən yolda baş verən yol-nəqliyyat hadisəsinin də səbəbi piyadaların yolu təyin olunmayan yerdən keçməsi olub. Bu cür davranış öz həyatını riskə atan onlarla vətəndaşın olduğunu göstərir.
Bəs belə hallarla bağlı niyə daha ciddi tədbirlər görülmür?
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, belə hadisələrdə çox vaxt sürücü məsuliyyətə cəlb olunur və bu da cəmiyyətdə birmənalı qarşılanmır.
Onun sözlərinə görə, inzibati tədbirlər daha sərt tətbiq olunmasa, piyadavurma hadisələri azalmayacaq:
"Hazırda piyadaların cərimələnməsi bir qədər az tətbiq olunur. Əvvəllər nəzarət daha intensiv idi və həmin dövrlərdə piyadavurma halları xeyli azalmışdı. Nəzarət zəifləyəndə piyadalar daha kobud qayda pozuntularına yol verirlər".
Qeyd edək ki, 2025-ci ilin statistikasına əsasən, ölkədə baş verən 1 252 yol-nəqliyyat hadisəsinin təxminən 500-ü piyadaların iştirakı ilə qeydə alınıb. Həmin qəzalar nəticəsində 689 nəfər həyatını itirib, 1 026 nəfər isə yaralanıb.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












