Piyadanı vuraraq qaçan bank işçisinin məhkəməsi başlayır

Bakıda piyadanı vuraraq qaçan sürücü - Rəsul Atayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb. Qeyd edək ki, ötən il noyabrın 22-də saat 6 radələrində Rəsul Atayev banka məxsus avtomobillə Nərimanov rayonunun Ziya Bünyadov prospektində yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. R.Atayev isə avtomobili sürərək ərazidən uzaqlaşıb. Araşdırmalarla ölən şəxsin Xəzər rayon sakini Nadir Əliyev olması müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən “Toyota” markalı avtomobilin sürücüsünün Gəncə şəhər sakini R.Atayev olması müəyyən edilərək saxlanılıb.
Xatırladaq ki, hadisə baş verən dövrdə R.Atayev banklardan birində çalışırdı.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












