Piyadanı vurub qaçan sürücünün ibtidai istintaqı yekunlaşıb

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü Tural İsmayılovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elnur Nuriyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ötən il dekabrın 12-də Bakının Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsində baş verib.
Belə ki, T.İsmayılov idarə etdiyi "Mercedes" markalı avtomobillə avtobusdan düşüb yolu keçmək istəyən piyada, 22 yaşlı İlkin Zamanovu vurub.
Zərbənin təsirindən piyada bir neçə metr kənara düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə idarəetməni itirərək avtomobili işıq dirəyinə çıpıb. Dirək yerindən qoparaq aşıb. T.İsmayılov qəzadan sonra ərazidən qaçıb. O, daha sonra həbs olunub.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












