Poçtun seyfini oğurlayan şəxslər tutulub - Biləsuvarda

Biləsuvar rayon Polis şöbəsinin (RPŞ) post patrul xidməti tağımının əməkdaşlarının sayıqlığı nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən poçt mətəqəsindən oğurlanan seyfi aparmaq istəyən şəxslər saxlanılıb. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, yanvarın 26-da gecə saat 03:15 radələrində Biləsuvar şəhəri ərazisində xidmət aparan RPŞ-nin post patrul xidmətinin əməkdaşlarının diqqətini yük yerinə seyf qoyulan “VAZ 2107” markalı avtomobil çəkib. Məlum olub ki, həmin seyf Biləsuvar Poçt filialının 1 saylı poçt məntəqəsindən oğurlanıb. Avtomobilin sürücüsü rayonun Zəhmətabad kənd sakini A.Bünyadov və sərnişini, şəhərin S.Vurğun küçəsində yaşayan Sərvər Sərvərli saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Araşdırmalarla S.Sərvərlinin poçt məntəqəsinin dəmir barmaqlıqlarını qıraraq ora daxil olduğu və içərisində sənədlər və zərflər olan 1 ədəd seyfi, 1 ədəd printeri, 1 ədəd dekoderi oğurladığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"











