Polad Bülbüloğlunun ailə qurması ilə bağlı elə detallar bilindi ki... - FOTOLAR

Gündəm 27 Avqust 2026 15:06
Polad Bülbüloğlunun ailə qurması ilə bağlı elə detallar bilindi ki... - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Xalq artisti Polad Bülbüloğlunun üçüncü dəfə ailə qurması onun şəxsi həyatını ictimai müzakirələrin mərkəzinə qoyub.

Avtosfer.az bildirir ki, “Yeni Sabah” Milli Məclis üzvünün nikah salnaməsinə nəzər salıb.

Polad Bülbüloğlunun ilk həyat yoldaşı məşhur ukraynalı və rusiyalı opera müğənnisi Bela Rudenko olub.

Bela Rudenko (1933–2021) keçmiş SSRİ-də “Sovet primadonnası” və “Ukrayna bülbülü” kimi tanınan məşhur opera solisti və pedaqoq idi. O, Polad Bülbüloğlundan 12 yaş böyük idi. Polad Bülbüloğlunun 25, Bela Rudenkonun isə 37 yaşı olanda ailə qurmuşdular. Bu nikahdan onların Teymur adlı bir oğlu dünyaya gəlib. Teymur valideynlərinin yolunu davam etdirərək musiqiçi olub. Moskva Dövlət Konservatoriyasını bitirib. Eyni zamanda biznes fəaliyyəti ilə məşğuldur. Babası Bülbülün adını soyad kimi yaşadır. Bu evlilik cəmi 12 il çəkib.

P.Bülbüloğlu 1997-ci ildə ikinci arvadı Gülnarə Şıxəliyeva ilə ailə həyatı qurub. G.Şıxəliyeva P.Bülbüloğlunun Azərbaycanın mədəniyyət naziri işlədiyi dövrdə onun referenti (köməkçisi) vəzifəsində çalışıb. Cütlüyün tanışlığı və münasibətləri də məhz bu iş mühitində başlayıb. Cütlüyün bu evlilikdən Leyla Məmmədova və Murtuza Məmmədov adlı iki övladı dünyaya gəlib.

Polad Bülbüloğlu oğlu Murtuzaya öz atasının (Bülbülün əsl adı Murtuza olub) adını qoyub. Leyla Məmmədova isə onun yeganə qızıdır və ikinci evliliyindən dünyaya gəlib.

Bəstəkar-müğənninin rəsmi olarq üçüncü evliliyi hələlik rəsmi təsdiqini tapmayıb.

 Polad Bülbüloğlunun nikah salnaməsi: “Həmişə ətrafında qadınlar olub”

Bülbüloğlunun yeni xanımı ilə Bodruma istirahətə yollandığı iddia olunur. Bu, Əməkdar artist, rəqqasə və pedaqoq Eteri Cəfərovadır.

1978-ci ildə anadan olan E.Cəfərova Azərbaycan rəqs sənətinin tanınmış
nümayəndələrindəndir. O, Bakı Xoreoqrafiya Akademiyasının Milli və müasir rəqs kafedrasında müəllim kimi fəaliyyət göstərir, uzun illərdir gənc rəqqasların peşəkar hazırlanması ilə məşğul olur.

2025-ci ilin fevralında Heydər Əliyev Sarayında Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş “Qayıdış” adlı yubiley gecəsinin baş baletmeysteri məhz Eteri Cəfərova olub. Onlar səhnədə də birgə çıxış ediblər. E.Cəfərova Polad Bülbüloğlunun ifa etdiyi xalq mahnılarının xoreoqrafik təqdimatlarında solist kimi yer alıb. Onların nə vaxt evləndikləri və bu evlilikdən övladlarının olub olmaması haqqında isə məlumat yoxdur.

Xalq artistinin ikinci xanımı bu evlilik haqqında mediaya açıqlama verərək bildirib:

“Mən, ümumiyyətlə, heç bir mediaya baxmıram. Biz uşaq deyilik, Polad müəllim də uşaq deyil. Əgər etsə də, gizli edər. 40 ildir mən onu tanıyıram, elə həmişə ətrafında qadınlar olub. Mən sakit və mehriban qadınam, heç vaxt xırda məsələlərə görə ailədə söz-söhbət, qısqanclıq yaratmamışam. Mənim üçün əsas övladlarımı gözəl şəkildə böyüdüb ərsəyə gətirməkdir. Başqa şeylər maraqsızdır. Ona görə də bu mövzuda da heç kəsə cavab vermək, söhbəti uzatmaq istəmirəm”.

Oxunub : 300
ŞƏRH YAZ
Ad

E-mail

Şərh