Polis Akademiyasının rəisi işdən qovuldu: Biz "bratvayıq", bandayıq... - VİDEO

Qazaxıstan Polis Akademiyasının rəisi Yeni il gecəsi sosial şəbəkələrdə yayılmış qalmaqallı videotəbrikə görə işdən qovulub. Qazaxıstan Daxili İşlər Nazirliyi yanvarın 4-də bildirib ki, general Can Kenjetayev Karakanda şəhərində yerləşən polis akademiyasının rəhbəri vəzifəsindən azad olunub. Avtosfer.az virtualaz.org-a istinadən bildirir ki, onun vəzifədən çıxarılmasından bir gün əvvəl DİN-in sözçüsü Almas Sadubaev Facebook-da yazırdı ki, akademiya rəhbərinin kadetlərlə iş üzrə müavini Askar Tastaybekov "dövlət xidmətini gözdən salan hərəkətə yol verib".
Hakimiyyət orqanları bildirirlər ki, Tastaybekovun göründüyü video dekabrın 31-də çəkilib. Videoda Tastaybekov firavan Qazaxıstan arzu edir ki, bunun hesabına polis "bratvasının" (kriminal dildə qardaşlıq) qarşıdan gələn nəsilləri də firavan yaşasın. O sonra 1990-cı illərdə göstərilmiş Rusiya kriminal filmindəki "Antibiotik" ləqəbli personajdan sitat gətirir: "Gəlin bizim dostluğumuz təmənnasız olsun...Biz heç bir təşəkkür gözləmədən işləyək, çünki biz "bratvayıq", sadə desəm, bandayıq. Qoy Qazaxıstan və ailələrimiz çiçəklənsin. Urra yoldaşlar!".
Bunun ardınca həmin məclisdə olan onlarca polis uniformalı şəxs də "urra" qışqırır. Videonun yayılması böyük qalmaqal yaradıb, Polis Akademiyasına xüsusi komissiya göndərilib, rəhbərliyə daxil olan şəxslər barədə tənbeh tədbirləri görülüb.
Yanvarın 3-də Tastaybekov işdən qovulduqdan sonra fəallar və tənqidçilər sosial mediada hökumətin çox yumşaq tədbir görməsindən narazılıq və məyusluq ifadə ediblər. Hərçənd sosial şəbəkə fəalları Tastaybekovun yeni il təbrikinə çoxsaylı memlər qoşublar. Bir çoxları yazıb ki, o, "həqiqəti dediyi üçün cəzalandırılıb", çünki Qazaxıstanın polis orqanları doğrudan da "bandadır". Belə ki, Qazaxıstanın hüquq-mühafizə orqanlarında polis qəddarlığı və korrupsiya illərdir ki, insan haqları fəalları tərəfindən tənqid edilir.
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO










