Polis cüdoçular ustalıq göstərdilər - FOTO

Fevralın 25-də Bakı İdman Sarayında cüdo üzrə respublika çempionatı keçirilib. Yarışda Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanı, idman ustası Hikmət Cəbiyev usta cüdoçuların mübarizəsində çəkisi 90 kiloqramadək olan idmançılar arasında növbəti dəfə qızıl medala sahib olub. H.Cəbiyev idmanın cüdo və cui-citsu növləri ilə məşğul olur. Üç dəfə respublika çempionu adını qazanan təmsilçimiz dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib, bir çox nailiyyətlər əldə edib.
ƏÇPA-nın daha bir əməkdaşı, polis baş serjantı Azər Fətullayev də bu yarışın favoritləri sırasında olub. O, da usta cüdoçuların yarışında çəkisi 81 kiloqramadək olan idmançılar arasında qarşılaşdığı bütün görüşlərdə rəqiblərini məğlub edərək çempion adını qazanıb.
Qeyd edək ki, A.Fətullayev cüdo üzrə dəfələrlə respublika çempionu, beynəlxalq yarışların qalibidir. Baş mükafata sahib olan hər iki idmançımız iyulda İspaniyada keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak etmək hüququ qazanıb.
Bu yarışda İdman Cəmiyyətinin əməkdaşları Elşən İbişov və Zaur Məcidov bürünc medal qazanıblar
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA












