Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat başa çatıb - FOTO - VİDEO

Polis əməkdaşları arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan əlbəyaxa döyüş və silahsız özünümüdafiə üzrə respublika çempionatına yekun vurulub. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, yarışda müxtəlif rayon və şəhər polis orqanlarının əməkdaşlarından ibarət 14 komanda iştirak edib. Qeyd edək ki, mayın 1-dən etibarən bölgələrdə zona yarışlarına start verilmiş çempionatda ümumilikdə 10 minə yaxın polis əməkdaşı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən DİN Əlahiddə Çevik Polis Alayı birinci yerə layiq görülüb. Bakı şəhər Baş Polis İdarəsinin komandası ikinci, Zəngilan Rayon Polis Şöbəsinin komandası isə üçüncü yeri tutub. Qalib komandalara kubok və medallar təqdim olunub.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX

















