Polis helikopterinə salam verdi, mükafatı belə gəldi - VİDEO

Şanlıurfada balaca Abdullah Əmrənin etdiyi hərəkət bütün Türkiyədə böyük rəğbətlə qarşılanıb. Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Türkiyənin Şanlıurfa şəhərində yaşayan balaca Abdullah Əmrə evinin damına çıxaraq əlində Türkiyə bayrağı ilə səmada uçan polis helikopterini salamlayıb. Həmin səmimi anlar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq minlərlə insanın rəğbətini qazanıb. Balaca Abdullahın bu vətənpərvər davranışı cavabsız qalmayıb. Şanlıurfa İl Polis İdarəsinin rəisi Atilla Aksoy onu qəbul edərək şanlı Türkiyə bayrağı və velosiped hədiyyə edib. Görüş zamanı Abdullahın dövlət rəmzlərinə və polisə göstərdiyi sevginin təqdirəlayiq olduğu vurğulanıb. Hədiyyələrin təqdim olunduğu anların görüntüləri də sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












