Polis kortejinə hücum olundu: 45 ölü

Dünən Hindistanın Cammu və Kəşmir ştatında törədilən partlayış nəticəsində həlak olan polis əməkdaşlarının sayı 45 nəfərə çatıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, IANS informasiya agentliyi bu barədə yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Əldəqayırma partladıcı qurğu mərkəzi ehtiyat polisi əməkdaşlarını daşıyan avtomobil karvanı Pulvama dairəsində hərəkətdə olduğu zaman işə salınıb. Partlayışdan sonra hadisə yerində atışma səsləri eşidilib. Hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması üzərinə götürüb. Təhlükəsizlik qüvvələri nümayəndəsinin sözlərinə görə, hücuma məruz qalan avtobusdakı 44 polis əməkdaşının hamısı ölüb. Partlayış nəticəsində, həmçinin 38 nəfər yaralanıb. İnsident baş verən zaman kortejdə ümumilikdə 2500-ə yaxın polis əməkdaşını daşıyan 78 avtomobil olub. Qeyd edək ki, “Ceyş-ə-Məhəmməd” Cammu və Kəşmir ştatında fəaliyyət göstərən ondan çox qruplaşmadan biridir. Onlar ştatın müstəqilliyi və qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparırlar.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










