Polis maşınının şüşəsinə vurub qaçan sürücü 6 nəfəri xəstəxanalıq etdi - FOTO

İstanbulda polisin qovaladığı avtomobil futboldan qayıdan 6 nəfəri vurub. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident iyunun 27-si axşam saatlarında Ümraniyə qəsəbəsinin Aşağı Dudullu məhəlləsində qeydə alınıb. Məlumata görə, Alemdağı küçəsində irəlilləyən 34 HZ 8545 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mutlu Çağtay Kəskin küçədə yoxlama aparan polis maşınının şüşəsinə vuraraq qaçmağa başlayıb. Qovalama zamanı həddindən artıq sürətli gedən Keskin əvvəlcə səkiyə sonrada qarşı zolağa keçərək futbol oynamaqdan qayıdan 6 nəfərə çırpılıb.
Qəzadan sonra sürücü və sərnişini nəqliyyat vasitəsindən enərək qaçıblar.
Hadisə yerinə çox sayda polis, səhiyyə və yanğınsöndürmə briqadaları cəlb olunub.
Yaralılar təcili tibbi yardım maşınları ilə Ümraniyə Təhsil və Araşdırma və İlhan Varank Təhsil Araşdırma xəstəxanasına aparılıblar.
Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Qaçan sürücü və sərnişini qısa müddət ərzində polis əməkdaşları tərəfindən yaxalanaraq polis şöbəsinə götürülüblər.
Polis qəza ilə bağlı təhqiqatlara başlayıb.
Namiq



Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA











