Polis məntəqəsi qarət edilib

Brüsselin Dü-Qublon küçəsindəki (Dansert rayonu) polis məntəqəsi qarət edilib. Oğrular asayiş keşikçilərinin bir neçə dəst formasını, əl qandalları və zirehli jiletlər aparıblar. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Brüssel Prokurorluğu məlumat verib. Polis məntəqəsinin fasiləsiz işləməsinə baxmayaraq, oğrular daha fərasətli çıxıblar. Polis nümayəndəsi bildirib ki, onlar anbara kanalizasiya lyukundan daxil olublar. Əməkdaşlar oğurluq faktını anbara girəndə aşkar ediblər. Bu insident çox ciddi hadisə sayılır, çünki polis uniformaları daha ciddi cinayətlərdə istifadə oluna bilər. Polis ittifaqının mətbuat katibi Nikola Bekkers soyğunun əyləncə xatirinə törədildiyini də istisna etməyib. Onun fikrincə, oğrular karnavala polis forması geyinmək istəyiblər. O deyib: “Bu ciddi hadisədir. Ümidvaram ki, soyğunçular tezliklə yaxalanacaqlar”. Oğrular anbardan polis formaları ilə bərabər, döş nişanları, əl qandalları və zirehli jiletlər aparıblar. İlkin istintaq göstərib ki, siqnalizasiya sistemi lazımi məqamda işə düşməyib.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












