Polis rəisi ermənilərə görə işdən çıxarıldı

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin yol polisi idarəsində işləyən komandirlərdən biri ermənilərə görə işdən çıxarılıb. Avtosfer.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Nur-Sultan şəhərində yol polisi idarəsində alay komandiri vəzifəsində işləyən Bauırjan Xantemirovun tabeliyindəki işçilərə üzərində Ermənistan dövlət nömrə nişanı olan avtomobillərin yoxlanılması barədə qanunsuz tapşırıq verdiyi iddia olunur. Bauırjan Xantemirovun öz işçisinə telefonla verdiyi tapşırığın səs yazısı yayılıb. Səs yazısından belə başa düşülür ki, alay komandiri işçilərə göstəriş verir ki, üzərində Ermənistan dövlət nömrə nişanı olan bütün avtomobillər yoxlanısın və ona məruzə edilsin. Bauırjan Xantemirova aid olduğu iddia olunan səs yazısında qeyd olunur ki, həmin avtomobillər qayda pozmasalar belə, saxlanılıb yoxlanılmalıdır. Yayılan səs yazısından sonra Bauırjan Xantemirov tutduğu vəzifədən azad olunub.
Məsələ ilə bağlı Ermənistanın Qazaxıstandakı səfiri Qaqik Qaleçyana izahat verilib və bildirilib ki, bu yoxlma ermənilərlə bağlı deyil. Qazaxıstan vətəndaşları tez-tez Ermənistandan avtomobillər alırlar və dövlət nömrələrini dəyişmədən istifadə edirlər.
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?












