Banner

Polisə xəsarət yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Gündəm 30 Yanvar 2019 23:42 Oxunub 1253
Polisə xəsarət yetirən şəxsin apellyasiya şikayəti təmin edilməyib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və polisə xəsarət yetirmədə təqsirləndirilən Anar Mehtiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, A.Mehtiyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə ötən il mayın 20-də paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Mehtiyev Anar Yusif oğlu aralarında baş vermiş mübahisə zəminində Ağayev Fərhad Sultan oğlunu döyərək ağır bədən xəsarəti yetirib. Faktı ilə əlaqədar Nəsimi rayon Polis idarəsinin (RPİ) İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Bununla yanaşı, A.Mehtiyev şübhəli şəxs qismində tutulduqdan sonra Nəsimi rayon Polis idarəsinin müvəqqəti saxlama yerinə aparılarkən idarənin Post-patrul xidməti bölüyünün polis nəfəri Alıyev Elnur Nurəddin oğlunun üz nahiyəsinə yumruq zərbələri vurub.

Bakı Ağır Cinayətlər Məhkəmə iclası zamanı dövlət ittihamçısı çıxışında A.Mehtiyevin ittiham olunduğunu 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə, 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün zor tətbiq etmə) maddəsinin isə 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə keçirilməsini istəmişdi. Prokuror onun 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Məhkəmənin hökmü ilə A.Mehdiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh