Polislər arasında bayrama həsr olunmuş yariş keçirilib - FOTO

Mayın 24-də və 25-də Respublika Olimpiya Mərkəzində 28 May – Respublika Gününə həsr olunmuş daxili işlər orqanları əməkdaşları arasında estafet qaçışı üzrə yarış keçirilib. Yarışın əvvəlində “28 May - Respublika günü”nün tariximizdəki mövqeyi və əhəmiyyəti barədə geniş məlumat verilib. Daha sonra yarışa start verilib. Turnirə qatılmış 10 komandanı təmsil edən 60 idmançı əməkdaş öz bacarığını sınayıb.
Yarışın proqramına daxil olan 1000 metr məsafəyə estafet qaçışında Əlahiddə Çevik Polis Alayının əməkdaşları finişə hamıdan tez çataraq turnirin qalibi olublar. Daxili Qoşunların Baş İdarəsinin hərbçiləri ikinci, Sumqayıt Şəhər Polis İdarəsinin təmsilçiləri isə komanda hesabında üçüncü yeri qazanıblar.
Yarışı baş hakim, DİN İdman Cəmiyyətinin İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırovun rəhbərlik etdiyi hakimlər briqadasının üzvləri - polis polkovnik leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov, Munir Orucov, Mahir Əhmədov və polis mayoru Əlişan Tunc idarə ediblər.
Qalib komandaların kapitanlarına, məşqçilərinə və üzvlərinə kubok, medallar və qiymətli hədiyyələr təqdim olunub.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












