Polisləri döyən məşhur boksçunun cəzası məlum oldu - VİDEO

Fransadada "Sarı jiletli"lərin aksiyasına qatılaraq, polisləri döyən boks üzrə yüngül çəkidə dünya çempionu Kristofer Dettingerin cəzası məlum olub. Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yanvarın 5-də baş vermiş hadisənin ardından 7 yanvarda saxlanılan boksçuya 1 il həbs, 1,5 il də inzibati həbs cəzası verilib. O, gecələri həbsxanada qalmaq şərtilə gündüzlər işləyə biləcək. Bundan başqa 37 yaşlı boksçu döydüyü polislərdən birinə 3 min, digərinə isə 2 min avro təzminat ödəyəcək. Dettinger məhkəmədə verdiyi ifadəsində polislərin yerə yıxılmış bir qadını təpiklədiyini gördükdən sonra məsələyə müdaxilə etdiyini bildirib. O, tutduğu əməldən peşman olduğunu dilə gətirib.
Qeyd edək ki, boksçunun görüntüləri sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra "Sarı jiletlilər"in önəmli şəxslərindən birinə çevrilmişdi. Dettingerin məhkəmə xərclərinin qarşılanması üçün internet üzərindən aparılan kampaniyada qısa zaman ərzində 120 min avro toplanıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










