Popkorn satan oğlanın kimliyi məlum oldu: o işlə təmin ediləcək - FOTO

"Azneft" meydanındakı yeraltı keçiddə popkorn satan oğlanın kimliyi məlum olub. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə deputat Aydın Mirzəzadə məlumat verib. "İndicə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mənə zəng etdi. O bildirdi ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb. Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 2017-ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. Onun telefonuna zəng etsələr də, nömrə şəbəkə xidməti kənarındadır. Gənc arzu edərsə, ona peşə məktəbinə qəbul olunmaq təklif ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək", - A.Mirzəzadə əlavə edib.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












