"Porsche" ilə adam öldürən biznesmenin oğlu yenidən avtoşluq edir - FOTO

İş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəclinin (hazırda 17 yaş) adam öldürdüyü 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobilinin fotoları avtoş səhifələrində yenidən paylaşılır.

Avtosfer.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, səhifələrin birində "Yenidən efirlərə qayıtdı” fikirləri yazılaraq Ağaəli Fərəclinin də profilini işarələyiblər.
Maraqlısı odur ki, sözügedən avtomobil Bakı küçələrinin birində üzərinə boz rəngli vinil çəkilmiş halda da istifadə olunub. Həmin anın da fotosu sosial şəbəkədə paylaşılıb.

Xatırladaq ki, 2017-ci ilin mayında iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcli idarə etdiyi 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçmış,yaralı yerindəcə dünyasını dəyişmişdi. Baş verən hadisə isə rezonansa səbəb olmuşdu.



Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH












