Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib - FOTO

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirləri paylaşdığı üçün təşəkkür edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial media hesablarında paylaşım edilib.
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində oynadığı rolu yüksək qiymətləndirib.
“Cənab Prezident, Şuşa Qlobal Media Forumunda səsləndirdiyim və “Breitbart”ın istinad etdiyi çıxışımı paylaşdığınıza görə Sizə təşəkkür edirəm. Həmin çıxışımda Sizi “Sülh adamı” adlandırmışdım”, – Prezident qeyd edib.
Prezident İlham Əliyev xatırladıb ki, Vaşinqtonda keçirilmiş tarixi sammitin birinci ildönümünə bir aydan az vaxt qalır və bu münasibətlə Donald Trampa bir daha minnətdarlığını ifadə edib.
“Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə olunması istiqamətində əvəzsiz rolunuza görə Sizə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. Sizin liderliyiniz regionumuzun sülhə, sabitliyə və rifaha daha da yaxınlaşmasına tarixi töhfə verib", – paylaşımda vurğulanıb.
Qeyd edək ki, Donald Tramp daha əvvəl “Truth Social” sosial şəbəkəsində Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda onun ünvanına səsləndirdiyi fikirlərin yer aldığı “Breitbart” nəşrinin məqaləsini paylaşıb.
paylaşıb.
Əmək bazarında dayanıqlı inkişaf üçün hansı sahələr böyüməlidir? – İQTİSADÇI
Dəmir yolu ilə hansı rayonlara əlavə reyslər təşkil edilməlidir? – Deputatdan TƏKLİF
Rayon yollarında ağır qəzaların qarşısını necə almaq olar? – TƏKLİF
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO












