Banner

Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO

Gündəm 3 Noyabr 2026 14:48
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
WhatsApp kanalımıza abunə olun

Son günlər “WhatsApp” platformasında vətəndaşlara Azərbaycan Prezidenti İlham Əliyevin adından mesajlar göndərilir. Həmin mesajlarda 8 Noyabr – Zəfər Günü münasibətilə 100 manat məbləğində mükafat veriləcəyi iddia olunur.

Avtosfer.az xəbər verir ki, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) qarşıdan gələn Zəfər Günü ilə əlaqədar platformada yayılan saxta kampaniyalarla bağlı xəbərdarlıq edib.

Belə ki, “WhatsApp” vasitəsilə istifadəçilərə Azərbaycan Respublikasının Prezidenti adından 100 AZN məbləğində pul mükafatı veriləcəyi barədə, tərkibində zərərli keçidlər olan mesajlar göndərilir.

MKA vətəndaşlara dövlət qurumları və rəsmi şəxslər adından şübhəli mesajlar, o cümlədən keçidlər aldıqda diqqətli olmağı, məlumatları rəsmi mənbələrdən dəqiqləşdirməyi tövsiyə edir.

Agentlik bu cür hallarla qarşılaşan vətəndaşlardan məlumatı rəsmi veb-saytı (www.nca.az) vasitəsilə bildirmələrini xahiş edir.

Eltac

 

FOTO QALEREYA
Oxunub : 258
ŞƏRH YAZ
Ad

E-mail

Şərh