Prokuror 58 min dələduzluq edən şəxsə cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Türkiyə vətəndaşı Tahsin Çalışqanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında onun 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Daha sonra zərərçəkmiş Esmira Qənizadə çıxış edib. O, dövlət ittihamçısı ilə razı olmadığını, T.Çalışqana daha ağır cəza verilməsini tələb edib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib.
Proses martın 18-dək təxirə salınıb.
Qeyd edək ki, Türkiyə vətəndaşı T.Çalışqan Esmira Qənizadənin etibarın sui-istifadə edərək ona qarşı külli miqdarda ziyan vurub.
Belə ki, o, qadına Türkiyədən Azərbaycana brend saat firmasının mallarını gətirəcəyini vədi verib, ondan 58 min manat pul alıb. Daha sonra T.Çalışqan verdiyi vədə əməl ətməyib.
Zərərçəkmişin şikayəti əsasında saxlanılan T.Çalışqan barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. O, hazırda ev dustaqlığındadır.
Xatırladaq ki, E.Qənizadə uzun müddət Xətai rayon Qeydiyyat şöbəsinin rəisi olub. I dərəcəli ədliyyə qulluqçusudur.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












