Prokuror dostunu öldürən şəxslə bağlı məhkəmə hökmündən protest verib

Bakıda qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun barəsində olan hökmdən dövlət ittihamçısı kassasiya protesti verib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, Ali Məhkəmədə keçiriləcək iclas yanvarın 11-nə təyin edilib. Kassasiya protesti hakim Hafiz Nəsibovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə 2017-ci ilin oktyabr ayında Bakının Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini, 31 yaşlı Vüqar Əbdülhəmid oğlu Həsənov Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi, 20 ünvanında Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə üsyan etməsi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsi V.Həsənovun qətli özünümüdafiə məqsədi ilə törətdiyi qənaətinə gələrək onun barəsində bəraət hökmü çıxarıb. O, Cinayət Məcəlləsinin qanunsuz silah saxlama maddəsi ilə günahkar bilinərək 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








