Prokuror “dustaq azad etdirən” şəxsə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməkdə və dələduzluqda təqsirləndirilən Vüqar Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib. O, V.Allahverdiyevin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.
Prokuror V. Allahverdiyevin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə doqquz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses yanvarın 10-da davam etdiriləcək.
İttihama görə, V.Allahverdiyev həbsxanada olan zaman məhkum edilmiş şəxslərin və onların yaxın qohumlarının etibarından sui-istifadə etmə və ya aldatma yolu ilə onlara məxsus müxtəlif məbləğdə pul vəsaitlərini ələ keçirib.
Zərərçəkmiş şəxslərin müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Araşdırma zamanı V.Allahverdiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə bir neçə dələduzluq əməli törətdiyi üzə çıxıb.
Belə ki, o, həbsxanada telefonla danışmaq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etməklə həmin məhkumların adlarını əfv olunan şəxslər siyahısına saldıracağını bildirib. Naməlum şəxslər vasitəsilə Kəmalə Quliyevadan 3000, Firdovsi Məmmədovdan 2500, Namiq Həsənovdan 3000 manat alıb.
Cinayət işi üzrə həmin hallar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətlər törətməsinə şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilib.
V.Allahverdiyev ona qarşı irəli sürülmüş ittihamla özünü günahkar bilməyib. O, heç kimdən əfv üçün pul almadığını deyib, bəzi şəxslərdən isə borc pul aldığını bildirib.
Məhkəmədə məlum olub ki, bu iş üzrə altı nəfər zərərçəkmiş var.
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR
Ramanada qadını vurub öldürən avtobus sürücüsünün kimliyi BİLİNDİ - VİDEO
Qatarlarda hələ də havalandırma işləmir? – Metropolitendən AÇIQLAMA
Məhəmməd Hadi küçəsində təhlükəli mənzərə: 3 aydır tədbir görülmür - VİDEO
Müəllimlərin ailə üzvləri ilə sanatoriyaya getməsi üçün əlavə ödəniş tələb olunur? – Rəsmi AÇIQLAMA
Bakının mərkəzində istiqamət lövhəsi səhv göstərir? – Memardan İDDİA – FOTO
Həftənin ilk iş günü: Bakıda tıxac yoxdur - FOTO
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi bəlli olub - VİDEO
Köçəryan Azərbaycana verilir? - AÇIQLAMA
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq? - FOTO








