Prokuror "MTN işi"ndə zərərçəkmiş biznesmenə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zaur Əzimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında onun 9 il müddətinə azadlıqdan məhrum edilməsinin istəyib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.
İttiham aktına əsasən, biznesmen olan Z.Əzimov tanışları Asiman Ağayevdən 60 min, Elşən Məmmədovdan 217 min, İlkin Naibovdan 45 min, Rövşən Tanrıverdiyevdən isə 46 min manat pul alıb. Bütün bunların qarşılığında Z.Əzimov tanışlarına biznes fəaliyyəti ilə məşğul olacaqlarını deyib.
Z.Əzimov əldə edəcəyi qazancdan hər ay tanışlarına müəyyən məbləğdə gəlir verəcəyi vədini verib. Amma daha sonra aldığı məbləği geri qaytarmayıb.
Xatırladaq ki, Nərimanov rayon Polis idarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1979-cu il təvəllüdlü Zaur Siyavuş oğlu Əzimov 2017-ci ildə saxlanılıb.
O, “MTN işi”ndə təqsirləndirilən general Sübahir Qurbanov və digərlərinin cinayət işində zərərçəkmiş kimi də tanınıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












