Prokuror Naxçıvanın sabiq daxili işlər nazirinin qardaşına yenə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Avtosfer.az-ın "Report"a istinadən xəbəribə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Baş Polis İdarəsinin təhqiqatçısı, polkovnik Şövqi Əhmədov ifadə verib. O, zərərçəkmiş Rəşad Tahirova təzyiq göstərilməsi barədə deyilənləri təkzib edib.
Ş.Əhmədov bildirib ki, Ə.Əhmədov 140 min dollarının mənimsənilməsi barədə idarəyə şikayət verib, buna görə də məsələni araşdırmaq üçün R.Tahirovu idarəyə çağırıb.
Daha sonra bir daha bu iş üzrə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror Ə.Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişlər çıxışlarında təqsirləndirilən şəxsdən şikayətçi olmadıqlarını deyiblər.
Proses martın 18-dək təxirə salınıb.
Xatırladaq ki, daha əvvəl prokuror çıxışında Ə.Əhmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini itəmişdi.
İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.
H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.
H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.
H.Əskərov R.Tahirovun arvadının qohumudur.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov bir neçə dövlət orqanında çalışıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












