Prokuror “Range Rover”lə qəza törədən polis əməkdaşına cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror X.Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses mayın 31-dək təxirə salınıb.
Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI










