Qaçırdığı avtomobili başqa nömrə ilə idarə edən şəxs tutulub

Bakıda avtomobil qaçıran şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, paytaxt sakini Aygün Abbasova Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “Mercedes” markalı avtomobilin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib. Xətai Rayon Polis İdarəsinin və 34-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Vüqar Əkbərov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, V.Əkbərov özünə məxsus “VAZ- 2115” markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını çıxararaq oğurladığı avtomobilin üzərinə taxıb və idarə etməyə başlayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












